Türkiyədə AKP-nin 13 illik iqtidarına son qoyan dünənki seçki koalisyon hökumət məsələsini gündəmə gətirib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, koalisyon hökümət qurulmasına münasibətini açıqlayan ana müxalifət partiyası - CHP-nin lideri Kamal Kılıcdaroğlu bunu məqbul sayıb. Ancaq o, AKP-siz belə bir hökümət qura biləcəklərinin mesajını verib:
 
"Xalqın mesajı açıqdır, deyirlər oturun, anlaşın. Ancaq bu uzlaşmada AKP yoxdur".