"Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri seçilib.

 

Mia.az Publika.az-a istinadən xəbər verir ki, T.Əhmədov açıqlamasında bu etimada görə YAP rəhbərliyinə təşəkkür edib: "Bu gün yeni vəzifəyə seçilmişəm və hər kəsə təşəkkür edirəm”.

 

Xatırladaq ki, bu barədə qərar YAP-ın Yasamal Rayon Təşkilatının bu gün keçirilən X konfransında qəbul olunub.