"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov bu gün Türkiyə Radio - Televiziya Kurumunun Bakı təmsilçisi Yıldıray Arslanı qəbul edib. 

Qurumdan Mia.az-a verilən xəbərə görə, görüşdə Rufiz Qonaqov Koalisiyanın gördüyü işlər haqqında qonağa ətraflı məlumat verib, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı TRT-nin bu istiqamətdə görəcəyi işlərlə maraqlanıb.

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin olduqca mühim və tarixi hadisə olduğunu bildirərək , bu oyunların türkiyə telekanallarındada geniş təbliğ olunduğunu , Bakıda keçiriləcək bu oyunlara Türkiyə xalqınında böyük marağının olduğunu bildirib.

Eyni zamanda görüşdə qərara alınıb ki, TRT və "Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası bu Bakı-2015 Birinci Avropa Oyunları keçirildiyi müddətdə yaxından əməkdaşlıq etsin.

Görüşün sonunda "Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov TRT-nin Bakı təmsilçisi Yıldıray Arslana Koalisiya adından Birinci Avropa Oyunlarının geyimini və xatirə nişanını təqdim etmiş öz növbəsində, qonaq Yıldıray Arslanda Rufiz Qonaqova TRT-nin simvolik hədiiyələrini təqdim edib.