Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" hesabında yazıb:
"Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb. Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri D. Bayer A. Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən? Belə çıxır ki, A.Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi,onun gələcək karyerası çox uğurlu olardı”.
Qafqazinfo.az