Azərbaycan
Liberal Partiyasının (ALP)
bəyanatı bəyanat verib.
Mia.az-a daxil olan bəyanatda partiya hakimiyyətə çağırış edib: «Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına çox az vaxt qalır. Bu oyunlar keçirilərkən Azərbaycan bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq, ölkəmiz haqqında yayılan hər bir müsbət məlumat ona mənəvi, mədəni və siyasi dividend gətirəcək, hər bir mənfi məlumat, xüsusən insanların siyasi baxışlarına görə həbs olunmasına dair ingformasiya isə düşmənlərimizə anti-Azərbaycan təbliğatı üçün arqumentlər verəcək və əlverişli fürsət yaradacaq. Bu baxmdan, Azərbaycanda insanların siyasi baxışlarına görə həbs olunması qəbuledilməzdir, ölkəmizin imicinə ağır zərbədir, Azərbaycan haqqında mənfi beynəlxalq rəy yaradır və Dağlıq Qarabağın dövlətimizin suverenliyi altına qaytarılmasına böyük əngəl törədir. Bu isə Azərbaycan adına böyük ləkə və dövlətimizə ağır zərbədir».
ALP hesab edir ki, I Avropa Oyunları öncəsi, 28 Mayda Azərbaycan Respublikasının təsis olunmasının ildönümü ilə əlaqədar siyasi məhbusların
azad olunması ölkəmizə və xalqımıza böyük fayda verə bilər.
Daha sonra partiya iqtidarı
bunları nəzərə almağa, cəmiyyətdəki problemlərin demokratik yolla həllində
barış niyyəti nümayiş
etdirməyə və istisnasız olaraq bütün siyasi məhbusları azad etməyə çağırır.