"2015-ci il iyunun 12-nin qeyri-iş günü elan edilməsi haqqında” qanun layihəsi parlamentin mayın 29-da keçiriləcək son iclasının gündəliyinə salınmayıb.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Qeyd edək ki, Avropa Oyunlarının açılışı günü- 12 iyunun qeyri-iş günü olması ilə bağlı ölkə başçısı tərəfindən Milli Məclisə təklif göndərilmişdi. Belə ki, parlamentin may ayının 15-də keçirilmiş plenar iclasının gündəliyinə məsələ daxil edilsə də, son anda bu layihə parlamentin iclasında müzakirədən çıxarılıb.