Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsi sahəsində nəzarət tədbirlərini gücləndirir..

Bu barədə Mia.az-a nazirlikdən məlumat verilib. 

Bildirilir ki, cari ilin aprel ayında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində işə götürənlər tərəfindən ümumilikdə 273107 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub: "Həmin məbləğin 272536 manatı (99,7 faiz)əmək haqlarından, qalanı isəzərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub. Sosial xarakterli ödənişlərin işçilərə ödənilməsiningecikdirilməsi hallarının əsasən sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib".