AXCP sədri Əli Kərimli iqtidar-müxalifət dialoquna dəvət olunub. Görüş mayın 15-də keçiriləcək.
Mia.az azadlıq.info saytına istinadən bildirir ki, AXCP-dən verilən məlumata görə, Prezident Administrasiyasından zəng edərək Əli Kərimlini dəvət ediblər.
AXCP-dən bildiriblər ki, partiyanın tədbirdə iştirak edib-etməyəcəyinə rəhbərlikdə aparılacaq müzakirədən sonra qərar veriləcək.