ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu və gəlininə viza verməkdən imtina edib.

Mia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Levon Köçəryanla müğənni Siruşo ABŞ-da olarkən müvafiq qaydaları pozublar.

Konkret olaraq onlar övladları dünyaya gəldiyi üçün ABŞ-da vizada göstərilən müddətdən artıq qalıblar.

R. Köçəryanın gəlini bu haqda məlumatı nə təkzib, nə də təsdiq edib.