Milli Məclisin may ayının 8-nə nəzərdə tutulan plenar iclası təxirə salınıb.

Bu barədə Azvision.az-a Milli Məclisdən məlumat verilib. Bildirilib ki, növbəti plenar iclas mayın 15-də keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin mayın 8-nə nəzərdə tutulan iclasının gündəliyinə 5 məsələ daxil edilmişdi.

"Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi gündəliyə salınmışdı.