"Vurğun bəyin partiyadan çıxarılması cılızlıqdır".
Bu fikirləri mia.az-a açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri, məclis üzvü və eyni zamanda ADR Hərəkatı sədrinin müavini Ellada Məmmədli səsləndirib. Onun sözlərinə görə, heç kim öz fərdi münasibətlərini M.Ə.Rəzulzadənin yaratdığı Müsavat partiyası adı altında pərdələnməməlidir: 104 yaşlı partiyanın adı son 7 ayda yalnız intriqalarla məhdudlaşır, nəticədə indiki rəhbərliyə qurultayda səs verməyənlər cəzalanır; ya partiyadan xaric olur , ya da xəbərdarlıq alır.Vurğun Əyyubu 25 ildən artıqdır ki, tanıyıram. Hər zaman demokratik fikirli, azad sözlü, milləti və dövlətçiliyimiz üçün canından keçməyə hazır olan ziyalı , siyasətçidir. O, xalqının maariflənməsi, təhsili üçün əlindən gələni edən gözəl Pedaqoqdur. Onun xidmətlərindən birini deyəcəyəm; 2003cü il seçkilərindən sonra hamı gizlənərkərkən, üzdə olan yalnız Vurğun Əyyub idi və İsa Qəmbərin prezident seçilməsi haqqında istər ölkə , istər xarici mətbuatla əlaqə yaradan , indiki qərargahın alınmasında birmənalı xidməti olan şəxsdir. Qınayıram indiki rəhbərliyi. Düşmənçiliyin də bir meyarı olar. O da qisasçılıq deyil".