Rusiya Federasiya Şurasının sədri və MDB Parlamentlərarası Assambleya Şurasının sədri Valentina Matviyenko Azərbaycan deputatları - Adil Əliyev, İqbal Məmmədov, Elmira Axundova və Sevinc Fətəliyeva haqda sərəncam verib.
Mia.az xəbər verir ki, bu barədə deputat Adil Əliyev Facebook-da məlumat verib.
Sərəncama əsasən adıçəkilən deputatlar "Parlamentlərarası əməkdaşlığın və iki dövlət arasında əlaqələrin güclənməsində göstərdikləri xidmətlərə görə" medalı ilə təltif olunublar.