Qafqazdakı münaqişə Rusiyada vəziyyəti Yuqoslaviyadakı kimi gərginləşməsinə səbəb ola bilər. 

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin RT telekanalının canlı efirində bildirib. 

Sankt-Peterburqda işgüzar səfərdə olan Rusiya prezidenti Qanunvericilər Şurasının üzvləri ilə görüşüb və hakimiyyət orqanlarının iqtisadiyyatda böhran əlamətlərini aradan qaldırılması məsələlərinin müzakirəsinə qatılıb. 

O, regional və yerli KİV-lərin Ümumrusiya Xalq Cəbhəsinin təşkil etdiyi II Mediaforuma qatılıb. Medioforum RT telekanalının efirində canlı yayılıb.