Mia.az AzerTac-a istinadən xəbər verir ki, keçirilən səsvermə nəticəsində danimarkalı namizəddən daha çox dəstək alaraq bu vəzifəyə seçilən millət vəkili bundan sonra qadına qarşı zorakılıq üzrə mübarizədə qurumun bütün işinin və proqramlarının formalaşdırılmasında əsas rolu oynayacaq.
Sahibə Qafarovanın bu vəzifədə əsas rolu qadına qarşı zorakılığın önlənməsi sahəsində ümumi ictimaiyyətin, hökumət və qeyri-hökumət qurumlarının həssaslığının daha da artırılması olacaq. Millət vəkilimiz eyni zamanda "Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsini də icra edəcək.
Hazırda bu şəbəkə özündə 51 üzv və müşahidəçi dövləti birləşdirir.