Avropa Parlamentinin qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qərəzli qətnamə Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılanıb, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurub.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumundan Mia.az-a daxil olan məlumata görə, Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan buqurumun belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir:
"Bu qətnamənin qəbul edilməsinin Avropa Birliyi
və Türkiyə dövlətlərarası münasibətlərlə bərabər Avropa-Azərbaycan əlaqələrinə
də xələl gətirəcəyi şübhə doğurmur. Çünki Ermənistanın bütün bəşəriyyətin gözü
qarşısında, zaman baxımından daha yaxın olan 26 fevral 1992-ci ildə törətdiyi
Xocalı soyqırımı, eləcə də torpaqlarının 20 faizinin Ermənistan tərəfindən
işğal olunması ilə əlaqədar Azərbaycan Respublikası adından edilmiş müraciətlərə
indiyədək Avropa Birliyi ölkələri nə ayrı-ayrılıqda, nə də mövcud Avropa
strukturları çərçivəsində ciddi reaksiya göstərib. İşğal edilmiş torpaqlarından
1 milyonadək qaçqın və köçkün əhalini qəbul etmiş Azərbaycana qarşı ədalətsiz
münasibət, təəssüflər olsun ki, bu gün də davam edir.Guya 1915-ci ildə baş
vermiş erməni soyqırımın 24 apreldə ümumavropa hüzn günü kimi qeyd edilməsi
haqqında qətnamə Avropa Parlamentinin ikili standartlar və islamofobiya
mövqelərindən çıxış etdiyini bir daha bariz şəkildə göstərir.
Avropa
Parlamentinin bu qətnaməsi Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi
işlədilən ilk antiislami, antitürk və antiazərbaycan mahiyyətli qərar deyil.
Azərbaycan qeyri-hökumət təşkilatları Avropa Parlamentini bu qərəzli və
birtərəfli addımlardan çəkinməyə çağırmaqla bərabər diqqətə çatdırır ki,
Azərbaycan və Türkiyə Avropa ölkələri ilə ədalətli, qarşılıqlı fayda verən
əməkdaşlığı həmişə yüksək tutaraq, regionda sülhün və sabitliyin qorunmasına
dəstək verir. Erməni qəsbkarlarının regiondakı türk-müsəlman əhaliyə qarşı
törətdiyi qanlı aksiyaların bu gün də davam etməsi beynəlxalq sülhə,
əməkdaşlığa və əmin-amanlığa təhdid kimi dəyərləndirlmək əvəzinə, Avropa
Parlamenti kimi nüfuzlu qurumlar tərəfindən himayə edilməməlidir.
Sıralarında 652
QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa
Parlamentinin qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qərəzli qətnaməyə
qəti etiraz bildirir və Avropa strukturlarını türk, müsəlman ölkələrinə qarşı
ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə
yanaşmağa çağırır".