Azərbaycanda regional DATA-mərkəzin istismara verilməsi internet xidmətlərinin qiymətlərinin aşağı düşməsinə imkan yaradacaq. 

Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, regionda ən iri məlumat işləmə mərkəzinin istismara verilməsi bir çox dünya internet nəhənglərinə, sosial şəbəkə operatorları və digər beynəlxalq kampaniyalara yerli ofislər açmağa imkan verəcək: "DATA-mərkəzdə quraşdırılan serverlər trafik generasiyasını sürətləndirəcək ki, bu da istifadəçilərin kontentə çıxışını asanlaşdıracaq, internet xidmətlərinin ucuzlaşmasına xidmət edəcək”.

Qeyd edək ki, Azərbaycanda regional DATA-mərkəz bu ilin iyun ayında istifadəyə veriləcək.