"Qorxu Altında” filmi Azərbaycanda ilk dəfə olaraq kino sahəsinə yenilik gətirəcək.
" N. A Group of Media"nın moderatoru Nigar
Şamilbəylinin Mia.az-a verdiyi məlumata görə, film tərbiyəvi və
maarifləndirici xarakter daşıyır və əsas mövzu kimi gənclərin narkomaniyadan çəkindirilməsi
və bu bəlanın yaratdığı fəsadlardan törəyən
"mutant"ların insanlara qarşı olan münasibətlərindən bəhs edilir:
"19- 22 Mart tarixlərində "Qorxu Altında” filminin 1 – ci seçim turu keçirildi. Seçimə 450 nəfərdən artıq iştirakçı qatılmşdı və münsiflər heyəti iştirakçıların arasından 97 nəfəri seçərək aprel ayının 4 - nə nəzərdə tutulan 2 - ci tura dəvət etdilər. 2 - ci tur seçimindən sonra 97 nəfər iştirakçıdan yalnız 50 nəfər filmdə rol alma şansını qazana bildi. Azərbaycan kinofilm sahəsi üçün yeni janr olan bu filmin ssenari müəllifi və quruluşcu rejissoru Namiq Əlioğludur.
Filmin sujet xətti üzrə hadisələrin bu şəkildə
cərəyan etməsi nəzərdə tutulub:
"Təbiətin qoynuna
ad günü qeyd etməyə gələn bir neçə gənc həmin meşədə yaşayan "honibal mutant"ların təcavüzünə məruz qalaraq yaşamaq üçün mübarizə aparmağa başlayırlar. Həyatda
əyləncə üçün yaşayan gənclər sağ qalmaq uğrunda mübarizə apararkən son anda həyatı
dərk etdiklərini anlayırlar. Bu filmin maarifləndirici və tərbiyyəvi əhəmiyyəti
ondan ibarətdir ki, insanlar yaşadıqları həyatın dəyərini anlamalıdırlar.
N. Şamilbəyli onu da
qeyd edib ki, "Qorxu Altında” filminin Bakı
şəhəri və Azərbaycanın müxtəlif bölgələrində çəkilməsi planlaşdırılıb:
"Çəkimlər may və
iyun ayları üçün nəzərdə tutulub. Sentyabr və ya oktyabr aylarında isə artıq
bir çox kinoteatr ekranlarında film izləyicilərin ixtiyarına veriləcək".