ADP sədri Sərdar Cəlaloğlunun "Kosmik dəyişilmələr nəzəriyyəsi" adlı elmi işi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində rəsmi qeydiyyata alınıb və müəllifə müvafiq şəhadətnamə verilib.
Bu barədə Mia.az adıçəkilən partiyadan məlumat daxil olub. Bildirilir ki, müəllifin qeydiyyata alınan ikinci elmi nailiyyəti olan bu nəzəriyyə ilə bütün kosmik hadisələrin səbəb və nəticələri, habelə onlara dair dəqiq proqnozların verilməsi kimi çox mühüm əhəmiyyətli məsələləri aydınlaşdırmağın mümkünlüyü qeyd olunur.
Qeyd edək ki, adıçəkilən nəzəriyyə hələlik dərc edilməyib, əsərin yayılması ilə maraqlananlar müəllifin özü ilə əlaqə saxlaya bilərlər.
Mia.az