Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Milli Strateji Düşüncə Mərkəzindən istefa verib.

Bu barədə o, özünün Facebook səhifəsində yazıb: "2014-cü ilin sentyabr ayından indiyə qədər Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) məşvərət heyətinin toplantılarında iştirak etmirəm. MSDM-nin bundan sonrakı iclaslarında da iştirak etmək fikrində olmadığıma görə, bu təşkilatdan və onun məşvərət heyətindən çıxdığımı bildirirəm”.