Mərkəzi Bank martda manatın dollara nisbətdə sabit saxlanması üçün maliyyə bazarına 600-700 milyon dollarlıq müdaxilə edib.
Bu barədə "Azadlıq" radiosuna deputat Vahid Əhmədov məlumat verib. Onun fikrincə, müdaxilə hələ də varsa manatın uzuclaşması ehtimalı artır.
Vahid Əhmədov 2016-ci ilin ikinci yarısına qədər manatı real bazar qiymətinə çatdırmağı təklif edir: «Mən bununla bağlı Mərkəzi Bank sədri Elman Rüstəmova da öz fikirlərimi bildirdim. Dedim ki, manat ucuzlaşmaqda davam edirsə, gərək ölkədə devalvasiya yumşaq aparılsın. Elman Rüstəmov kəskin devalvasiyanın olmayacağını bildirdi».