"Nikoyl Bank" Azərbaycanda kredit verilişini dayandırılması haqqında yayımlanan xəbərdə adlarının hallanmasına münasibət bildirib.
Bankdan Mia.az-a daxil olan məlumata görə, "Nikoyl Bank"da kredit ayrılmasına hər hansı fasilə yaranmayıb:
"Nəzərinizə çatdirmaq istərdik ki, "NİKOYL” Bankda manatla kreditləşmədə heç bir fasilə yaranmayıb. Hal-hazırda Nikoyl Bank müştəriləri İpoteka kreditlərini və taksit kartları vasitəsi ilə xırda istehlak kreditlərini manatla ala bilər.
"Nikoyl bank"ın hal-hazırki istehlak kreditləri üzrə portfeli keçən ilin analoji dövrü ilə müqahisədə 23.3 % artıb. Fevral və mart ayları ərzində kredit portfelinin artım dinamikası keçən ilin analoji dövrü ilə müqahisədə 45 % çox təşkil edib. Bu o deməkdir ki, son iki ay ərzində müştərilərin "Nikoylbank"a olan etimadı və marağı azalmayıb.
Sizdən xahiş edirik ki saytlarınızda gedən məlumata düzəliş edəsiniz".