Aprel ayının 4-də saat 11.00-da Ahısxalı türklərinin "Vətən” Cəmiyyəti sayca 9-cu Qurultayını keçirəcək.
Cəmiyyətdən Mia.az-a daxil olan məlumata görə, qurultayın gündəliyində əsas məsələ kimi yeni sədr seçkisi, keçən dövr üçün hesabat, vətənə dönüş yolları və gələcək prespektivlər müzakirə olunacaqdır.
Məlumatda o da bildirilir ki, cəmiyyətin sədrliyinə 4 namizəd iddialıdır: Xalid Xəlilov, İbrahim Məmmədov, İbrahim Burhanov, Sabircan Cəlilov.