Bu gün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
 
Bankdan verilən məlumata görə, yığıncaqda Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və  Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2014-cü ilin maliyyə hesabatı təsdiq edilib, İdarə Heyətinin təklifinə əsasən 2014-cü ildə əldə olunmuş 25,5 milyon manat  məbləğində mənfəətin bölüşdürülməmiş mənfəət hesabında saxlanılması, həmçinin Bankın nizamnamə kapitalının 200 milyon manat artırmaqla 890 milyon manata çatdırılması barədə qərarlar qəbul edilib.
 
Yığıncaqda qeyd olunan məsələlərlə yanaşı, Cahangir Hacıyevin səhhəti ilə əlaqədar Bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilməsinə baxılıb və o, tutduğu vəzifədən kənarlaşdırılıb. Eyni zamanda, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayevə bəvalə olunub.