Bu gün YAP Biləsuvar rayon Təşkilatında Gənclər Birliyinin IV Konfransı keçirilib.
Mia.az-a daxil olan məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoyublar.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü Mahir Quliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev və rayonun ayrı-ayrı idarəetmə strukturlarında, özəl və digər sahələrdə çalışan gənclər iştirak edib.
İclasda Gənclər Birliyinin sədri Kamil Qurbanlı çıxış edərək son illər rayon gəncləri tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Natiq bildirib ki, YAP Biləsuvar Rayon Təşkilatının Gənclər Birliyində 1443 nəfər gənc partiya üzvü fəaliyyət göstərir:
"Diqqətəlayiq haldır ki, onlardan 651 nəfəri qadınlardır. YAP-çı gənclərimizdən 714 nəfəri təhsil, səhiyyə, mədəniyyət və idarəetmə sahəsində çalışır. Bu fakt və 916 nəfər gəncimizin ali təhsilli olması Gənclər Birliyinin təbliğat-təşviqat potensialının zənginliyinin göstəricisidir. Sevindirici haldır ki, Gənclər Birliyinimizin 68 nəfəri bələdiyyə üzvü kimi fəaliyyət göstərir. Gənclərin partiyamıza qoşulma meyli rayonumuzda kifayət qədər yüksəkdir. Təkcə 2014-cü il ərzində sıralarımıza 214 nəfər gəncin qəbul edilməsi müsbət dinamika üzrə artımın real göstəricisi kimi dəyərləndirilməlidir.
Bir məqamı da vurğulamaq istərdim ki, partiya sədri cənab Ilham Əliyеvin diqqət və qayğısı sayəsində gənclərimizin öz bilik və bacarıqlarını göstərə bilmələri üçün əlvеrişli şərait yaradılıb. Bu amil isə gənclərimizin partiya sıralarına daхil olmasına müsbət təsir göstərib".
K.Qurbanlı çıxışının sonunda Prеzidеnt,Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyеvi əmin еdib ki, biləsuvarlı gənclər bundan sonra da qarşıya qoyulan vəzifələri şərəflə yеrinə yеtirəcək:
"Möhtərəm prezidentimiz və partiyamızın sədri cənab İlham Əliyevin bizə bəslədiyi ümidləri ləyaqətlə doğrultmaq üçün var qüvvə və bacarığımızı sərf еdəcəyik".
Sonra YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər çıxış edənlər də Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli yol barədə ətraflı məlumat veriblər.
Konfransda iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, YAP Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü Mahir Quliyev çıxış edərək partiyanın ölkəmizin ictimai-siyasi və mədəni həyatında oynadığı rolu xüsusi qeyd edərək, bildirib ki, Azərbaycanıın müstəqil bir dövlət olaraq var olmasını məhz Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, Ümummilli Lider Heydər Əliyev həyata keçirib:
"Bu gün də möhtərəm prеzidеntimiz cənab Ilham Əliyеvin apardığı məqsədyönlü siyəsət nəticəsində Azərbaycan dünya ölkələri arasında söz sahibi olaraq qəbul olunur".
Daha sonra konfransın gündəliyinə uyğun olaraq, YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin yeni tərkibi və YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələr seçilib və nümayəndələr adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.