Unibanka yeni icra direktoru təyin edilib.
Bu gün bank sektorundakı rəhbər vəzifələrə təyinatların davamı olaraq "Unibank"da boş qalan icraçı direktor vəzifəsinə də təyinat olub. Belə ki, "Unibank"da icraçı direktorun birinci müavini vəzifəsini tutan Xalid Əhədov icraçı direktor postuna təyin edilib.
Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.
Xatırladaq ki, "Unibank"ın icraçı direktoru Cəlal Qasımov isə "Paşa Bank"ın İdarə Heyətinin sədri təyin edilib.