Azərbaycanın lider mobil operatoru, Azercell Novruz Bayramı ərəfəsində abunəçilərinə təqdim etdiyi "Azercell-ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyasının müddətini uzatdı. İndi abunəçilər bu kampaniyadan 2015-ci il 6 aprel tarixinə qədər yararlana biləcəklər.
Məlumat
üçün bildirək ki, Azercell yeni fakturasız xətt nömrələri və nömrə daşınması
xidməti çərçivəsində nömrələrini Azercell fakturasız xətt sisteminə daşıyan
abunəçiləri üçün 2015-ci il 3 mart tarixindən etibarən yeni kampaniyaya start
verib. Kampaniyanın şərtlərinə görə,SimSim nömrəsi aktivləşdirən hər kəs ayda ən
azı 5 AZN yükləməklə, 6 ay boyunca hər ay pulsuz 5 saat şəbəkədaxili danışıq
imkanı əldə edəcək. İstifadə müddəti 7 gün olan hədiyyə saatları şəbəkədaxili zənglər
üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, abunəçi nömrədə mövcud Bizimkilər
tarif paketini dəyişdiyi halda, kampaniyada iştirakı dayandırılır.