Martın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, məhkəmə prosesində Gülnar Mehdiyeva və o cümlədən, şahid qismində tanınan digər şəxslər ifadə veriblər. 

Qeyd edək ki, hüquq müdafiəçisinin qızı da məhkəmə prosesində ifadə verib.

Bundan sonra İntiqam Əliyevin məhkəməsi 9 aprel saat 14:00-a təxirə salınıb.