Litva parlamentində Demokratiya Naminə Beynəlxalq Parlamentlərarası Forum keçirilib.
Mia.az xəbər verir ki, Forumda Litva Xarici İşlər Naziri, Litva Parlamentinin spikeri, Litva Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, ABŞ konqressmenləri, İslandiya xarici işlər naziri, Fransa, İngiltərə, Almaniya, Polşa, Taybey, Gürcüstan, Misir, Tunis, Latviya, Estoniya, Ukrayna parlamentlərinin sədrləri və üzvləri, həmçinin Litva dövlətində təmsil olunan diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, Demokratik İctimaiyyət Təşkilatının Baş katibi, Avropa Demokratiya Fondunun prezidenti, Tunis Milli Assambleyasının spikeri, Ərəb Liqasının baş katibi, "Freedom -Hohuse" təşkilatının prezidenti, Baltik-Amerika Milli Komitəsinin direktoru, Nato Strateji Kommunikasiyalar Mərkəzinin icraçı direktoru, İsveç Azad Dünya Forumunun prezidenti və ABŞ-da təmsil olunan bir sıra institutların və icmaların nüfuzlu nümayəndələri iştirak ediblər.
Məlumatda bildirilir ki, Beynəlxalq parlamentlərarası görüşdə dünyada və müxtəlif regionlarda 30-a yaxın nüfüzlu yayım mərkəzlərinin nümayəndələri, jurnalistlər və media əməkdaşlarının da iştirak təmin olunub:
"Forumda Şərq Tərəfdaşlığı ölkələrinin demokratik hərəkatlarının rəhbərləri və Azərbaycan, Gürcüstan, Moldova, Belarus və Ukraynanın gənc liderləri də iştirak ediblər. Azərbaycanı Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Haciyeva, Belarusu Birləşmiş Cəmiyyət Partiyasının sədri Anatoliy Libedzka, Rusiyanı isə Rusiya Demokratik Seçim Hərəkatının lideri Vladimir Rujkov təmsil edib.
Forumun ilk paneli demokratik keçidlərin kecmişi, hazırki vəziyyəti və demokratik inkişafın dayanıqlığı faktorlarına həsr olunub. Bu panelin spikerləri "Freedom-Hohuse" təşkilatının prezidenti Mark P.Lagon, Litva Ali Sovetinin sədri və Litva İstiqlal aktının müəllifi Vyutas Landsbergis, Belorusun Birləşmiş Cəmiyyət Partiyasının sədri Anatoli Libedzka, İslandiya xarici işlər naziri Hannibalson və Krım Tatarlarının lideri və Ukrayna parlamentinin üzvü Mustafa Cəmilov idi.
Spikerlər mövzu ətrafında fikilərini bölüşüblər. Ən maraqlı çıxış isə Krim Tatarlarının lideri Mustafa Cəmilovdan gəlib. O, ölkəsindəki vəziyyətlə bağlı məruzə edərək, dünya birliyini Ukrayna hökümətinə ciddi dəstəyini davam etdirməyə cağırıb.
Forumun ikinci paneli demokratiyanin qlobal vəziyyəti, imkanlar, hədələr və risklər movzusunda olub. Bu panelin spikerləri isə Avropa Demokratiya Fondunun prezidenti Jery Pomianovski, Ukrayna Ali Radasının üzvü və və sabiq xarici işlər naziri Tarasyuk, Tunis Milli Assambleyasinin spikeri, Ərəb Liqasının baş katibi Mannay və Litva xarici işlər naziri Azubalis idi.
Panelin başlanğıcı bir az qəmli notlatrda başlayıb. Belə ki, panelin ilk spikeri Rusiya Demokratik Secim Hərəkatının lideri Vladimir Rujkov forumda və bu paneldə dostu və silahdaşı Boris Nemçovu əvəz etdiyini bildirib. Rusiyada demokratiyanın kritik vəziyyəti haqda fikirlərini bölüşən Rujkov deyib ki, mövcud siyasət Rusiyanın milli maraqlarına təhlükədir və bu siyasət ölkəsinin parçalanmasına gətirib çıxara bilər.
Forumun sonuncu – üçüncü paneli isə "Qeyri-demokratik rejimlərə müqavimətin gücləndirilməsi,demokratiya naminə beynəlxalq demokratik ictimaiyyətin birləşdirilməsi” mövzusunda olub.
Panelinin spikerləri Ağ evin nümayəndəsi, respublikaçı konqresmen Jon Şimkus, ”Community of Democracies”in baş katibi Mariya Laisner, Gənc Demokratlar İnstitututnun direktoru Yeganə Hacıyeva, Gürcüstan parlamentinin üzvü Georgi Kandelaki, Litva Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Paulauskas, Misir parlament üzvü Ahmad Farag olublar.
Panelin sonuncu spikeri olan Yeganə Hacıyeva Cənubi Qafqaz Regionunda Demokratiya və onun inkşaf mərhələləri, riskləri və imkanları haqqında məruzə edib. O, Cənubi Qafqazda demokratiya və stabilliyə əsas hədənin Rusiyanin olduğunu və regiondakı konfliktlərin bu ölkədən qaynaqlandığını vurğulayıb. Xanım Hacıyeva əlavə edib ki, Ermənistan Rusiyanın patronajliğı ilə işğalçı siyasət yeridib və nəticədə Azərbaycanın 20 % torpaqları işğal olunub, 1 millondan çox insan qaçqın düşüb.
Daha sonra Azərbaycanda demokratiya və insan haqqlarının ürəkacmaz vəziyyəti haqqında danışan xanım Hacıyeva bu sahədə beynəlxalq ictimaiyyət nümayəndələrinin ata biləcəyi addımlar haqqında danışıb və bu problemin həlli yollarında mümkin imkanlar və prespektivlər haqda fikirlərini bölüşüb.
Yeganə Haciyeva demokratiyanın heç bir ölkənin daxili işi olmadığını və beynəlxalq ictimaiyyəti hökümətlərarası münasibətlərdə iqtisadi maraqlarla birgə demokratiyanı da prioritet məsələlər sırasına salınmasının vacibliyini vurğulayıb.
Mia.az