Bədən formasına görə, seçilən 22 yaşlı gənc aktrisa və model bir müddət əvvəl onlayn jurnal olan "The Edit" üçün də kamera qarşısına keçmişdi. Jurnalın həmin sayında Keyt özünün sosial şəbəkələr haqqında fikrilərini bildirmişdi.
"Məncə, sosial şəbəkələr müəyyən vaxt keçəndən sonra tamamilə mənasız bir şeyə çevrilir. Mən tvitter hesabımı açanda bu, mənə çox maraqlı gəlirdi. Pərəstişkarlarımla ünsiyyətdə olurdum. Amma sonra bütün bunlar mənim üçün marağını itirdi. Sonra bunların hamısı müqavilələrin, marketinqin bir hissəsinə çevrildi", - deyə gənc məşhur jurnala müsahibəsində bildirib.




