"Ümumiyyətlə Kərimov Əli və Həsənov Cəmil kimdir ki, onların keçirdikləri aksiyanın da hər hansı bir uğurlu nəticəsi olsun”.
Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Milli Şura”nın aprelin 5-nə planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.
MMP sədrinin sözlərinə görə, təxribatçı qrupların böyük əksəriyyəti Avropada cəmləşib: "Heç kimə sirr deyil ki, Kərimov Əliyə xaricdən böyük pullar gəlir. Bundan da bəzi insanlar narahatdırlar. Ümumiyyətlə Qərb, Avropa dairələrində olan müəyyən ermənipərəst qüvvələr Kərimov Əli, Qəmbərov İsa, Həsənov Cəmil vasitəsilə Azərbaycanda böyük qarışıqlıq yaratmağa çalışırlar. Məhz buna görə də onlar aksiyalara start veriblər. Onlara xaricdən verilən tapşırıq odur ki, Azərbaycanda dövlət çevrilişi yaratsınlar. Təbii ki, biz də çalışırıq ki, bunların qarşısını alaq. Əgər onları özbaşına buraxsaq, hər şeyə zərər verəcəklər. Mən öz partiyamla onlara qarşı sonacan mübarizə aparaca