Müsavat başqanı Arif Hacılı "Facebook" iqtidarla dialoq mesajı verib.
Mia.az Strateq.az-a istinadən Arif Hacılının statusunu təqdim edir:
"Əgər hakimiyyət müxalifətlə dialoq təşəbbüslərində səmimidirsə, yaxın günlərdə bunu təsdiq etmək üçün real imkan olacaq. Bahar bayramı ərəfəsində veriləcək əfv fərmanı bu sahədə bir testdir. Hakimiyyət bu fərmanla ölkədə siyasi məhbus probleminin həlli istiqamətində ciddi addım atmasa cəmiyyətdə qarşıdurma daha da kəskinləşəcək. Dialoq adlandırılan proses məshəkəyə çevriləcək.
Şübhəsiz ki, bu məsələ siyasi qüvvələrin, ictimai birliklərin, ümumiyyətlə Azərbaycan cəmiyyətinin iqtidarın təşəbbüsü ilə keçirilən Avropa Oyunlaraına münasibətinin müəyyənləşməsinə də ciddi təsir göstərəcək”.