Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deputat Hadı Rəcəblinin müəllimlər haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

İsa Qəmbər Feysbuk sosial şəbəkəsində status yazıb. 

Həmin statusu təqdim edirik: "Facebook əhli iki gündür haqlı olaraq Hadı Rəcəbliyə döşəyir. Məncə, səmimi etirafına görə ona təşəkkür edib, hörmətli müəllimlərimizə sual vermək lazımdır:

Əziz və hörmətli müəllim! Bu rejim sizin haqda belə düşünür. Siz bu rejim haqqında nə düşünürsünüz?”

Qeyd edək ki, deputat Hadı Rəcəbli müsahibəsində qeyd edib ki, əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa işlə məşğul olmalıdır. Hadı Rəcəbli həmçinin əlavə edib ki, Lənkəranda tanıdığı bir müəllim iş saatından sonra daş hörüb evini dolandırır.