Braziliyanın prezidenti Dilma Rusef ölkə əhalisini "kəmərləri sıxmağa" çağırıb.
ANS PRESS-in məlumatına görə, prezident ölkədə maliyyə sektorunun bərpa olunması üçün insanları belə bir sərt qənaət rejiminə keçməyə səsləyib. "Bu proses ölkəmizin iqtisadiyyatını balanslaşdırmaq üçün nə qədər lazımdırsa, o qədər davam edəcək", - deyə xanım prezident Beynəlxalq qadınlar günündə televiziya vasitəsilə insanlara müraciət edib. Onun fikrincə, belə sərt rejimin ilkin müsbət nəticələri yalnız ilin sonunda hiss olunacaq.
Qeyd edək ki, Braziliya BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) beşlik ölkələrindən biridir. Bu ölkələr ən sürətli inkişaf etmək imkanına malik olan ölkələr kimi xarakterizə edilir. Çünki bunların sərfəli mövqedə yerləşməsi həmin ölkələrdə dünya iqtisadiyyatı üçün əhəmiyyətli olan resursların olmasına imkan yaradır. Belə ki, Braziliya kənd təsərrüfatı məhsulları, Rusiya mineral resurslarla, Hindistan ucuz intellektual resurslarla, Çin güclü istehsalat bazası, CAR isə təbii resurslarla zəngindir.
Prezident xəbərdarlıq etdi: "Sərt qənaət olacaq"
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50