Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Novruz bayramı öncəsi pensiyaçıları sevindirəcək.

Bu barədə Mia.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan  məlumat daxil olub. Bildirilir ki,  fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsinə başlanıb:

"Mart ayının birinci yarısına qədər bu prosses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq".