Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı sərəncamlar imzalayıb.
Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Müsavat başqanı partiyası nizamnaməsinə uyğun olaraq, Müsavat Partiyası Abşeron rayon təşkilatının üzvü Sevda Laçınlını (Səfərəliyeva) və Şərur rayon təşkilatının üzvü Əjdər Cəfərbəylini Müsavat Partiyası başqanının müşavirləri təyin edib.