Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
Mia.az Mərkəzi Bankın rəsmii saytına istinadən xəbər verir ki, bu gün 1 ABŞ dolları dünənlə müqayisədə 1.0496-dan 1.0493-ə düşüb. Dollarla yanaşı, avronun da məzənnəsində ucuzlaşma qeydə alınıb. Belə ki, 1 avro bir gündə 1.175-dən 1.172-yə düşüb. Maraqlıdır ki, avro və dollardan fərqli olaraq, rus rublu dəyərə minib. Belə ki, 1 rubl 0.0168-dən 0.017-ə qalxıb.