Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya müxalifət liderlərindən biri Boris Nemtsova "Azadlıq” ordenin verilməsi barədə sərəncam imzalayıb.

Bu barədə azvsion.az Ukrayna KİV-nə istinadən xəbər verir.

"Biz ukraynalılar üçün Boris həmişə Rusiya patriotu və Ukraynanın dostu olaraq qalacaq. O, öz həyatı ilə sübut etdi ki, istək olduğu təqdirdə bu ikisini birləşdirmək olar”, -deyə Poroşenko bildirib

Ukraynada "Azadlıq” ordeni xarici vətəndaşlara verilə biləcək ən ali mükafatdır.

Qeyd edək ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.