Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, rayon Ağsaqqallar və Veteranlar təşkilatlarının, Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri 236 saylı orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev açıq elan edərək tədbirin keçirilmə məqsədi barədə danışıblar.
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev bildirib ki, Beynəlxalq Mülki Müdafiə günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanıb. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində mararifləndirici xarakterli tədbirlər keçirilir.

