Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.

MİA-nın məlumatına görə, V.Əliyev mətbuat və informasiya orqanları il iş üzrə cavabdehlik daşıyacaq.

Qeyd edək ki, V. Əliyev 2002-ci ildənPrezident Administrasiyasında çalışır.

2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.