ABŞ-ın
Corciya ştatının qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb.
Azərbaycanın
Los Ancelesdəki Baş Konsulluğundan Mia.az daxil olan məllumata görə, bəyanatda qubernator N.Dil Corciya ştatı
adından 23 il bundan əvvəl Xocalıda baş verən qətliamla bağlı kədərini ifadə edərək, bu faciəvi günü yad edənlərə qoşulduğunu bildirir.
Bəyanatda
qeyd olunur ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətliam nəticəsində
600-dən çox mülki insane həyatını itirib. Həmçinin, vurğulanır ki, gələcəkdə
belə dəhşətli hadisələrin baş verməməsi üçün bu kimi faciəvi günlərin yad edilməsi
olduqca önəmlidir. Sonda Qubernator Xocalı qətliamının ildönümü ilə bağlı tədbirlərin
təşkilini təqdir edərək bildirir: "Qoy belə faciələrin tariximizin səhifələrini bir daha ləkələməsinə
heç zaman yol verilməsin”.
Qeyd
edək ki, bu, Corciya Qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə
bağlı imzalanmış ilk rəsmi sənəddir.