Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Mia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Məlumatda deyilir:
"Yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və Hava limanına gedən yolun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar 25 fevral 2015-ci il tarixdə saat 1000-dan işlər başa çatanadək Xəzər, Xətai, Yasamal ,Quba və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq".