ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez fevralın 23-də Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a daxil olan məlumatda bildirilir ki, ştatın qubernator Martinez Nyu Meksiko ştatında
və bütün dünyada yaşayan azərbaycanlılara Xocalı qətliamının 23-cü ildönümü və
qətliamın qurbanlarının anılması ilə bağlı dərin başsağlığı verdiyini bildirir.
Həmçinin, məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanır.
Qeyd edək ki, bu, Nyu Meksiko
Qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi
sənəddir.