Ümid Partiyası Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə bağlı bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatda deyilir:
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il
tarixli qərarı ilə həmin gündən 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində
müəyyən edilib. Mərkəzi Bankın bu qərarı ilə Azərbaycan manatı birdən-birə 34 %
ucuzlaşıb. Manatın dəyərdən düşməsi bazara dərhal öz təsirini göstərib.
Artıq bazar və dükanlarda istər xaricdən
gətirilən, istərsə daxili malların qiymətində
sürətlə artım müşahidə edilir. Ümid Partiyası Mərkəzi Bankın pul siyasətinin
əhalinin vəziyyətini ağırlaşdıracağını nəzərə alaraq, hökuməti bu istiqamətdə dərhal
əlavə tədbirlər görməyə çağırır.
Eyni zamanda Mərkəzi Bankın bu
qərarını Azərbaycan
Respublikası Mərkəzi Bankı Haqqında Azərbaycan Respublikasının qanununa zidd
olduğunu bəyan edir.
Mərkəzi
Bank haqqında Azərbaycan Respublikası qanununun 28.1 maddəsində çox konkret şəkildə
göstərilib ki, Mərkəzi Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas
istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası
Prezidentinə təqdim edir və dekabr ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə
açıqlayır. Azərbaycan Respublikasının Milli Bankı 2015-ci ilin bank və pul
siyasətinin əsas istiqamətləri barədə informasiya verərkən manatın ucuzlaşması
ilə bağlı da heç bir proqnoz verməmiş, əksinə dərc olunan məlumatlar pozitiv, əhalini
aldadan və Mərkəzi Bankın 21 fevral qərarı ilə tam ziddiyət təşkil edib.
30 dekabr 2014-cü il
tarixli Azərbaycan Respublikası Mərkəzi
Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri
barədə bəyanatında manatın məzənnəsinin sabit qalacağı göstərilib: "Sosial
rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rolunu nəzərə alaraq
2015-ci ildə də manatın məzənnəsinin sabitliyi mühüm prioritet olacaqdır”.
Həmin qanunun
28.2 maddəsinə görə, Mərkəzi Bank qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin
məqsəd və vəzifələrini Mərkəzi bankdan asılı olan və asılı olmayan amilləri də əks
etdirməklə onların həyata keçirilməsi yollarını göstərməlidir. Təəssüflər olsun
ki, bu dekabr ayının 31-nə qədər baş verməyib. Yanvar ayının sonlarına doğru isə
manatın ucuzlaşmayacağını əsaslandırmağa çalışıblar. Lakin fevral ayının 21-də manatı 34 % ucuzlaşdırmaqla vətəndaşa, dövlətə, o cümlədən
cəmiyyətin inkişafına çox ciddi zərər vurublar. Mərkəzi Bank əgər bu məsuliyyəti
öz üzərinə götürüb manatın ucuzlaşmasının 34 % -lik bir həddini müəyyənləşdirirsə,
əhalinin ziyan çəkməməsi üçün dərhal öz
üzərinə öhdəliklər götürməlidir:
Dövlətlə
münasibətdə olan hüquqi və fiziki şəxslərin borclarının- alınacaq və veriləcək borclarının üzərinə 34 % əlavələr
olunmalı, 21 fevral tarixinə qədər banklarda öz pulunu manatla saxlayan vətəndaşların
hamısına banklar vasitəsilə əlavələr ödənilməklə 34 % ödənişlər etməli, bütün
maaşların hamısı 34 % miqdarında indeksasiya olunmalıdır.
Bu gün
nazirlik və hökumətin bəzi strukturları öz günahlarını iş adamlarının üzərinə yıxır,
iqtidarın pul siyasətindən doğan təbii qiymət artımında sahibkarları cəzalandıracaqlarını
bəyan edirlər. Bu, əslində yenidən cəmiyyəti və vətəndaşı aldatmağa yönəlik
addım, öz günahını başqasının üzərinə yıxmaq cəhdidir.
Bütün
bunların hamısı göstərir ki, baş verənlər yalnız hökumətin yarıtmaz pil siyasəti
ilə bağlı deyil, həm də dəfələrlə bizim çağrış etməyimizə baxmayaraq tək
sektorlu inkişaf yolunu tutmuş Azərbaycan
hakimiyyətinin iqtisadiyyatın neftdən asıllığını aradan qaldıra bilməməsinin nəticəsidir.
Neftin
qiymətdən düşməsi Azərbaycan iqtisadiyyatını çökdürməyə doğru aparır. Hökumət təcili
tədbirlər görməlidir. Aztəminatlı , əhalinin büdcədən maliyyəşən hissəsini, o cümlədən orta
və kiçik biznes təbəqəsinin müdafiəsi üçün yeni iqtisadi doktirinamaliyyə-pul
siyasətində köklü dəyişikliklər etməlidir.