Ağ Yol Vətəndaş
Hərəkatının rəsmi feysbuk səhifəsində, 550 minlik eyni adlı qrupunda və tviter
hesabında ATƏT-in Minsk Qrupunun fəaliyyəti müzakirəyə çıxarılaraq tənqid
edilib:
ATƏT-in Minsk Qrupu həmsədrlərinin
təklif verməkdən başqa işləri yoxmu? 25 ildir ki, ancaq təklif verir, səyahət
edir, zarafat edir və prezidentlərlə şəkil çəkdirirlər. Bundan gözəl vəzifə ola
bilərmi? Azərbaycan prezidenti İlham Əliyev də onların fəaliyyəti ilə bağlı
narazılıq ifadə edib. Amma, nə fayda, sən saydığını say, görə ATƏT-in Minsk
Qrupunun həmsədrləri nə sayır? Milyondan çox qaçqın və köçkünümüz isə
yurd-yuvasından didərgin düşərək min bir əziyyətə qatlaşırlar!
Təkliflər, əslində pis deyil. Amma, təklifləri də, açığı tükəndiriblər. Bir də ki, əgər təkliflər qəbul olunmayacaqsa, o zaman onların qızıl suyuna çəkilib lövhələrdə belə təqdim olunması işə fayda verməz. Ermənistanın işğalçı rejimi geri addım atmaq niyyətində deyil. Əgər onlar axmaq mövqelərindən geri çəkilmirsə, o zaman heç ATƏT-in Minsk Qrupu da lazım deyil. Çünki, ermənilər bu qrupla pərdələnərək status-kvonu saxlamaqda davam edirlər.
Avropa və ABŞ-ın mövqeyi isə birmənalı deyil. Onlar danışıqların davam etməsini və sülh istəyirlər. Amma, Ermənistanın sülh istədədiyindən əmindirlərmi? Biz buna əmin deyilik. Çünki, bu işğalçılar Dağlıq-Qarabağın ətrafında işğal etdikləri 6 rayonan birini belə boşaltmaqdan imtina edirlər. Belə hlada, Azərbaycan nə qədər dözüm göstərməlidir? Onlar sülh istəyirsə, Ermənistanı sülh sazişinə getməyə və işğal etdikləri torpaqları azad etməyə məcbur etməlidir.
Keçmiş Sovetlər Birliyində bu gün də davam edən bütün nadürüstlüyün və işğalçılığın əsasını Ermənistanın aqressiv hakimiyyəti qoyub. Onlar şər və böhtan toxumu səpiblər və bu gün də səpməkdə davam edirlər.
Rusiaynın da mövqeyi anlaşılan
deyil. Azərbaycan onların dar gününüdə hər zaman dəstək olub. Bu gün də onlara
dəstək olmaqda davam dir. İkinci Dünya müharibəsinin qazanılmasında Azərbaycan
nefti əsas rol oynayıb. Azərbaycan hər zaman Rusiyaya yaxşı qonşu olub. Rusiya
isə bu gün Dağlıq-Qarabağ münaqişəsinin həllini öz çıxarlarına bağlayıb. Bu
yanaşma düzgün ola bilərmi? Belə bir mövqe ilə Rusiya Azərbaycan insanının
könlünü ala bilərmi? Əsla!