ANS PRESS-in məlumatına görə, qatilə kömək edən 3 nəfər olub, lakin həbsxanada döyülən şəxsin adı açıqlanmır.
Belə ki, həbs edilən şəxs Mersin həbsxanasında möhkəm döyüldükdən sonra ayaqları kəsilib. Türkiyə mətbuatının yazdığına görə, məhkumlar onun ayağını pəncərədən qırılmış şüşələrlə kəsiblər.
Ayaqları kəsilən məhkum dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Özgecan Aslan cinayəti ilə bağlı qatilə yardım edən 3 nəfər Suphi Altındöken, Necmettin Altındöken ve Fatih Gökçe həbs edilib.