"Dəfələrlə qeyd etdiyimiz kimi, mövcud durumda bizim bloklaşma fəaliyyətimiz yalnız Milli Şura çərçivəsində mümkündür".
Bu fikirləri mia.az-a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli səsləndirib. AXCP yetkilisi hesab edir ki, bu gün öz fəaliyyəti ilə müxalifətçilik standartlarına cavab verən bütün təşkilatlar Milli Şurada təmsil olunublar: "Kənarda müxalifətçi yoxdur ki, əməkdaşlıq edək. Əgər demokratik seçki keçirilsə, Milli Şuranın çox yüksək uğur qazanmasına heç bir şübhəm yoxdur. Çünki xalqımızın uzun illərdir ki, gözlədiyi 2 qütblü siyasi sistem məhz Milli Şuranın yaranması ilə başa çatdı. Yəni, bir qütbdə hakimiyyət, digər qütbdə isə Milli Şuradır. Psevdomüxalifət yalnız antidemokratik seçkilərdə hakimiyyətdən pay ala bilərlər, seçilə bilməzlər".
mia.az