"Saakaşvilinin partiyası bir daha Gürcüstanda hakimiyyətə qayıda bilməyəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-baş naziri Bidzina İvanişvili çıxış edib.
O, Saakaşvilinin yenidən hakimiyyətə qayıtması üçün lazımi resursunun olmadığını bildirib:
"Heç kimdə onların iğtişaş törətmək arzularının olmasıyla bağlı şübhə yoxdur. Allah eləməsin ki, Gürcüstanda iğtişaşlar olsun, amma olsa belə, onlar hakimiyyətə gələ bilməyəcəklər. Gürcü xalqı o qədər də axmaq deyil ki, ikinci dəfə bu səhvə yol versin”.
Qeyd edək ki, bundan öncə Gürcüstan mətbuatı yaz ayında Saakaşvilinin yenidən hakimiyyətə gətirilməsi üçün hazırlıqların aparıldığını bildirmişdi.