Azərbaycanın Xarici İşlər Nazirliyi və bu nazirliyin
rəhbəri Elmar Məmmədyarov məhkəməyə verilib.
Bu barədə Mia.az-a verilən məlumata görə, naziri məhkəməyə
cəlb eləyən sözügedən nazirliyin sabiq əməkdaşı Azad Məmmədağa oğlu Həsənovdur.
Azad Həsənovun bu addımı atmasına səbəb isə işdən qanunsuz azad edilməsidir:
«Azad Həsənov məhkəməyə müraciət edərək, işə bərpa
edilməsini, hər buraxılan günə görə əmək haqlarının hesablanması və vurulmuş
mənəvi zərəri tələb etməyə başlayıb. Lakin Xarici İşlər Nazirliyinin sabiq
əməkdaşının iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə tərəfindən
rədd olunub. Azad Həsənov isə birinci instansiya məhkəməsinin qətnaməsindən
apellyasiya şikayəti verib».
Məlumata görə, Azad Həsənovun şikayəti artıq Bakı Apellyasiya Məhkəməsi
tərəfindən icraata qəğul olunub: «Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşının
şikayətinə sözügedən məhkəmədə hakim Ülvi Mayılovun sədrliyi ilə fevralın 18-də
baxılacaq».