Bu gün ATƏT Parlament Assambleyasının Büro üzvü, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb.
Mia.az verir ki, millət vəkili Azay Quliyev Azərbaycan-Ukrayna
münasibətlərinin zəngin tarixi ənənələrə, dostluq və qarşılıqlı hörmətə əsaslandığını
deyib. ATƏT-in Komitə sədrinin müavini Azərbaycanın Ukraynanın ərazi
bütövlüyünü hər zaman dəstəklədiyini və bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda
birmənalı mövqe nümayiş etdirdiyini bildirib.
Səfir ATƏT-ə üzvü olan
hər iki ölkənin beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığının
region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.