Nazirlər Kabineti "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişiklik edib.
Baş nazir Artur Rasizadənin qərarına əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir.